Milli-mənəvi dəyərlərin əsas daşıyıcısı
Sosial həyat

Milli-mənəvi dəyərlərin əsas daşıyıcısı

BMT Baş Assambleyası 1994- ildən etibarən 15 may tarixini hər il Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara alıb. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailənin cəmiyyətin əsas elementi, demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşməyə çağırır. Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə problemlərinə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub.

Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin təmin olunması, ailə problemlərinin həlli istiqamətində böyük işlər görüb. 1998-ci il yanvarın 14- Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət göstərilmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilmiş, ailə münasibətlərini tənzimləyən hüquqi baza yaradılmışdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət qayğı göstərir. Dövlət-ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman sərəncamlarda, bir sıra Dövlət proqramlarında öz əksini tapmışdır. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusilə aztəminatlı ailələrin, müharibə veteranları şəhid ailələrinin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Həmçinin ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ailə, qadın, uşaq məsələlərinə bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. "Uşaq evləri internat məktəblərinin inkişafı proqramı" çərçivəsində görülən işlər əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ailə bayramı hər il müxtəlif bölgələrdə təşkil olunur.

Nuranə DAXİLQIZI,

"Respublika".