Milli Məclisin sədri Sofiya şəhərində
Digər xəbərlər

Milli Məclisin sədri Sofiya şəhərində "Naməlum əsgər" abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan parlamentinin sədri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında "Naməlum əsgər" abidəsini ziyarət edib.

Milli Məclisin sədri Sahibə Qafarova "Naməlum əsgər" abidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib.