Milli Məclisin sədri Azərbaycanın Tacikistandakı səfirliyində olub
Digər xəbərlər

Milli Məclisin sədri Azərbaycanın Tacikistandakı səfirliyində olub

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova və parlament nümayəndə heyətinin üzvləri əvvəlcə səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.

Sonra Sahibə Qafarova səfirliyin əməkdaşları ilə diplomatik nümayəndəliyimizin fəaliyyəti barədə söhbət edib, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC