Baş nazir Əli Əsədov Soçidə kubalı həmkarı ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Soçidə kubalı həmkarı ilə görüşüb

Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8- Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin görüşlərin vacibliyi vurğulanıb.

Azərbaycanın Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub.

Hökumət başçıları iki ölkə arasında iqtisadi-ticari humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.