Milli Məclisin nümayəndə heyətinin Koreya Respublikasına rəsmi səfəri baş tutub
Siyasət

Milli Məclisin nümayəndə heyətinin Koreya Respublikasına rəsmi səfəri baş tutub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti oktyabrın 31-də Koreya Respublikasının paytaxtı Seul şəhərinə rəsmi səfər edib.

“Respublika” xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, nümayəndə heyətinə Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, deputatlar Afət Həsənova, Anar Məmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.