Milli Məclisin növbəti iclasında 20 məsələ müzakirə edilib
Siyasət

Milli Məclisin növbəti iclasında 20 məsələ müzakirə edilib

İyunun 24- Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti iclası keçirilib.

Xəbər verilir ki, iclasın gündəliyində 20 məsələ müzakirə edilib.

Birinci məsələ Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsidir.

İclasda Nizami Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması haqqında Milli Məclisin qərar layihəsi qəbul edilib.

Gündəliyin növbəti 5 məsələsi üçüncü oxunuşda qanun layihələri olub.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Kosmik fəaliyyət haqqında" qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

S.Qafarova növbəti 4 məsələnin - "İstehsalat məişət tullantıları haqqında" Qanunda, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrin olduğunu bildirib.

Sonra təqdim edilən bu 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul olunub.

Parlamentin sədri bildirib ki, növbəti məsələnin - "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin digər 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirilib.

Sonra Tahir Mirkişili "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş), "Lisenziyalar icazələr haqqında" "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

Müzakirələrin yekununda təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri növbəti 3 məsələnin yeni medalların təsis edilməsi ilə bağlı olduğunu ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Komitə sədri Tahir Mirkişili "Ödəniş xidmətləri ödəniş sistemləri haqqında" qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu mahiyyətcə yaxın olduğunu bildirib.

Komitə sədri Tahir Mirkişili "Dövlət satınalmaları haqqında" qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mustafa KAMAL,

Respublika”.