Metroda təlim keçirilib
Digər xəbərlər

Metroda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirilib.

Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. FHN-nin 1 iyun tarixli məlumatında bildirilir ki, təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Elmlər Akademiyası” stansiyasında baş vermiş şərti qısaqapanma nəticəsində şaxtada yanğın və qatı tüstülənmənin yaranması barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

“Respublika”.