Məktəblilər Şəki Şəhər Heydər Əliyev Mərkəzində
Region

Məktəblilər Şəki Şəhər Heydər Əliyev Mərkəzində

“Heydər Əliyev İli” ilə əlaqədar Şəki Şəhər Heydər Əliyev Mərkəzində 2 saylı Uşaq Musiqi məktəbinin təşkilatçılığı və mərkəzin dəstəyi ilə dəyirmi masa keçirilib. Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış olduqdan sonra  Mərkəzin bələdçisi tərəfindən qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri haqqında ətraflı məlumat verilib.

Şəki Şəhər 2 saylı Uşaq Musiqi məktəbinin direktoru Tərlan Məmmədov və Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan Heydər Əliyevin görkəmli tarixi şəxsiyyət, ictimai-siyasi xadim olması ilə yanaşı, həm də Azərbaycan mədəniyyəti və incəsənətinin bilicisi, hamisi olduğundan bəhs ediblər.

Tədbirin sonunda məktəbin şagirdləri Heydər Əliyevə həsr olunan şeirləri və ulu öndərin aforizmə çevrilən fikirlərini səsləndiriblər.

M.NƏRİMANOĞLU,
“Respublika”.