Məktəbli formasına görə şagirdlərin tədrisə cəlb edilməsinə maneə yaradıla bilməz
Elm və təhsil

Məktəbli formasına görə şagirdlərin tədrisə cəlb edilməsinə maneə yaradıla bilməz

Məktəbli formasına görə şagirdlərin tədrisə cəlb edilməsinə maneə yaradıla bilməz. 

"Respublika" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb. Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 4 rəngdə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.