Digər xəbərlər

"Media savadlılığı" mövzusunda təlim

Respublika-news.az MİA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün  ADA Universitetində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi tərəfindən "Media savadlılığı" mövzusunda təlim keçilib. 

İnteraktiv formada təşkil edilən təlim zamanı  rəqəmsal savadlılıq və media savadlılığı, jurnalistikada etika, sosial texnologiya dünyasında jurnalistika və digər mövzulara toxunulub.