Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında artım qeydə alınıb
Məlumat

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında artım qeydə alınıb

2023-cü ilin 6 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 198,1 mln. manat və ya 8,5% artım qeydə alınıb.

"Respublika" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. 

Büdcə təşkilatları üzrə daxilolma keçən ilin müvafiq dövrü ilə müqayisədə 67,7 mln. manat və ya 8,1%, qeyri-büdcə təşkilatları üzrə isə 238,4 mln. manat və ya 17,2% artımla olub.