MDB-yə üzv ölkələrin hərbi istehkamçılarının toplanışı keçirilir
Siyasət

MDB-yə üzv ölkələrin hərbi istehkamçılarının toplanışı keçirilir

Belarusda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hərbi istehkamçılarının toplanışı keçirilir.

"Respublika" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantı zamanı MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin humanitar minatəmizləmə üzrə müştərək mühəndislik bölməsi tərəfindən yerinə yetirilən tapşırıqların sırasına dair kompleks taktiki və xüsusi təlim keçiriləcək.

Toplantı iyunun 16-dan 21-dək Belarus Silahlı Qüvvələrinin minalardan təmizləmə mərkəzinin bazasında keçiriləcək.