MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb
Siyasət

MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

"Respublika" xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, Sergey Lebedev yenidən Azərbaycanın Baş naziri təyin edilməsi münasibətilə Ə.Əsədova səmimi təbriklərini çatdırıb.

“Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökumət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək”, - deyə məktubda bildirilib.

S.Lebedev Əli Əsədova cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbbüslərin icrasında uğurlar arzulayıb.