Maliyyə imkanlarının genişləndirilməsinə dair görüş keçirilib
İQTİSADİYYAT

Maliyyə imkanlarının genişləndirilməsinə dair görüş keçirilib

KOBİA ilə “FINCA Impact Finance”ın və “FINCA Azerbaijan”ın rəhbər heyəti arasında keçirilmiş görüşdə yerli KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb. Bu barədə 22 iyun KOBİA-nın verdiyi məlumatda bildirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “FINCA Impact Finance” təşkilatının prezidenti Andree Saymon və “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant ilə görüşüb.

Görüşdə yerli KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

“Respublika”.