Macarıstan İsrail və Almaniya ilə birgə hərbi dronların istehsalına başlayacaq
Dünya xəbərləri

Macarıstan İsrail və Almaniya ilə birgə hərbi dronların istehsalına başlayacaq

Macarıstan İsrail və Almaniya şirkətləri ilə birgə döyüş dronları istehsalı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.

"Respublika" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkənin cənub-qərbindəki Zalaegerszeq şəhərində yeni zavodun açılış mərasimində çıxış edərkən bildirib. 

Orban İsrailin “UVision” şirkətini müdafiə texnologiyaları istehsalçısı adlandırıb, alman şirkətinin adını isə açıqlamayıb.

Zavod Almaniyanın “Rheinmetall” hərbi-texniki şirkətinə məxsusdur və onun 49 faizlik payı Macarıstan dövlətinə məxsusdur. Bundan əlavə, Orban bildirib ki, “Rheinmetall” yaxın vaxtlarda ölkənin mərkəzi hissəsində sursat istehsal edəcək daha bir zavod açacaq.  Onun sözlərinə görə, bu müəssisə Avropanın ən müasir müəssisələrindən birinə çevriləcək.