LƏNKƏRANDA
Region

LƏNKƏRANDA "AVROPA ŞƏHƏRCİYİ"

Lənkəran şəhərində əsl bayram ovqatı hökm sürürdü. Şəhərin mərkəzindəki Heydər Əliyev xatirə parkı, küçə xiyabanlar bayramsayağı bəzədilmişdi. Səhər saatlarından başlayaraq Heydər Əliyev xatirə parkında Avropa İttifaqının ənənəvi "Avropa şəhərciyi" adlı tədbiri keçirilirdi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə quruma daxil olan 12 dövlətin - Almaniya, Belçika, İsveç, Niderland, Bolqarıstan, Çexiya, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Xorvatiyanın ölkəmizdəki səfirləri diplomatlarından ibarət nümayəndə heyəti iştirak edirdi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin Avropa İttifaqı quruma üzv olan dövlətlərlə ikitərəfli münasibətləri, əməkdaşlığı uğurla inkişaf edir. Növbəti tədbiri Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafının bariz nümunəsi kimi qiymətləndirən icra başçısı lənkəranlıların Avropa mədəniyyətinə, ümumbəşəri dəyərlərə böyük maraq göstərdiyini, tədbir çərçivəsində Avropa İttifaqı ölkələrinin tarixi, mədəniyyətləri, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklərini bildirdi. Sonra qonaqlara subtropiklər diyarının tarixi, iqtisadiyyatıturizm potensialı haqqında ətraflı məlumat verdi.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko yüksək səviyyəli səmimi qəbul üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Avropa İttifaqı ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Qurum ona üzv olan ölkələr Qarabağda minatəmizləmə işlərinə böyük töhfələr verirlər.

Təhsil sahəsində Lənkəran bölgəsi ilə səmərəli əlaqələr qurulub. Ötən il Avropada təhsil alan tələbələrin tələbə mübadiləsi proqramlarında iştirak edən təhsil işçilərinin sayında rekord rəqəmlər qeydə alınıb. Cənub bölgəsinin yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universiteti ilə qarşılıqlı tələbə müəllim mübadiləsi yüksək səviyyədə həyata keçirilir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında qeyd etdi ki, respublikamız Avropa üçün etibarlı tərəfdaşdır, - daxil olan dövlətlər Azərbaycana ən çox investisiya qoyan ölkələr sırasındadır.

Rəsmi hissəsinin sonunda - daxil olan dövlətlərin səfirləri nümayəndələri doğma dillərində lənkəranlıları salamladılar.

Heydər Əliyev xatirə parkında quraşdırılmış çadırlarda -nin ölkəmizdə fəaliyyətini əks etdirən stendlər, üzv dövlətlərin mədəniyyət, adət ənənələri ilə bağlı təqdimatlar nümayiş olundu.

Avropalı diplomatlar Lənkəran Dövlət Universitetinə baş çəkdilər. Universitetin rektoru, professor Natiq İbrahimov təhsil ocağının xarici əlaqələri barədə qonaqlara geniş məlumat verdi. Universitetin tərəfindən maliyyələşdirilən bir neçə layihədə iştirak etdiyini söylədi.

-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Lənkəran Dövlət Universitetinin tələbələrinin müəllimlərinin Avropa universitetlərində təhsil aldıqlarını, mübadilə proqramlarında fəal iştirak etdiklərini bildirdi. Universitetdə xarici qonaqlarla "EU4Lənkəran" ("Avropa İttifaqı Lənkəran üçün") layihəsinin benefisiarları ilə görüş keçirildi. Mobillik müsabiqəsi üzrə 5 gənc layihələr haqqında məlumat verdi. Qeyd olundu ki, müxtəlif layihələr üzrə qaliblər Avropanın ayrı-ayrı ölkələrində qısamüddətli təcrübə keçəcəklər.

Avropalı səfirlərdən ibarət heyət "EU4Lənkəran" layihəsinin benefisiarı, sahibkar Rəftarə Şükürovanın "Citrus Valley" təsərrüfatında oldu. Fermer qonaqları təsərrüfatla yaxından tanış edərək dövlət dəstəyi ilə sitrus subtropik meyvə bağlarının salındığını, yığdıqları məhsullardan müxtəlif növ şirələr, cem, mürəbbə, kompot digər qida məhsullarını  istehsal etdiklərini söylədi.

Qonaqlar səfər çərçivəsində Lənkəran Tarix Diyarşünaslıq Muzeyini ziyarət etdilər. Rayonun tarixi barədə onlara məlumatlar verildi, muzeyin eksponatları ilə yaxından  tanış oldular. Avropalı diplomatlar N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Latviya İsveç səfirliklərinin təşkil etdiyi tamaşaya baxdılar. Yazıçı İsmayıl İmanın "Bir damla günəş, bir nəfəs külək bir az da sevgi" pyesi əsasında hazırlanmış tamaşa böyük maraqla qarşılandı.

Həmin gün Bakıda Heydər Əliyev Mərkəzinin qarşısından start götürən sürətli idman avtomobillərinin yürüşü Lənkəranda yekunlaşdı. Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının Bakı-Lənkəran marşrutu üzrə təşkil etdiyi yürüşün iştirakçıları "Avropa şəhərciyi" tədbirinə qatıldı. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti Anar Ələkbərov yürüş iştirakçıları "Avropa şəhərciyi"ndə quraşdırılmış çadırlarda xüsusi stendlərlə, - üzv dövlətlərin mədəniyyət adət-ənənələrini təbliğ edən təqdimatlarla tanış oldular.

"Nənələr" folklor ansamblının, Çinarə Məlikzadə "Ahmedowsky trio" qrupunun biri-birindən gözəl çıxışları tədbiri daha da rövnəqləndirdi. "Avropa şəhərciyi" Lənkəran sakinləri qonaqların ruhunu oxşadı, iştirakçılara xoş ovqat yüksək əhvali-ruhiyyə bəxş etdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".