Laçından dünyaya mesajlar
Siyasət

Laçından dünyaya mesajlar

Əzəli torpaqlarımıza əbədi qayıtmışıq

Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş Laçında yaşayış üçün həyat əhəmiyyətli infrastruktur bərpa olunur. Birinci mərhələdə Laçında dörd minə yaxın insan məskunlaşacaq. Bunun üçün bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurlar ilə eyni səviyyədə olsun. Prezident İlham Əliyev bölgəyə növbəti səfəri çərçivəsində Laçın rayonunda yaşayış məntəqələrinin yenidən qurulması, infrastruktur aqrar-sənaye layihələrinin icrası ilə tanış olub, təməlqoyma açılış mərasimlərində iştirak edib. Hər bir vədini zamanında reallığa çevirən ölkə başçısı Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb onlara evlərin açarlarını təqdim edib.

Laçında öz yurd-yuvasına qayıdan ailələrlə görüşən dövlət başçısı bununla bir daha istər Ermənistanda revanş istəyi ilə alışıb-yanan, istərsə radikal erməni separatçılarına hamilik edənlərə növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan dövləti üçün onun ərazi bütövlüyü, təhlükəsizliyi vətəndaşlarının öz doğma yurd-yuvasında azad, firavan yaşaması prioritet məsələdir Azərbaycanı heç bir qüvvə bu yoldan döndərə bilməz. Laçına qayıdan soydaşlarımızla söhbətində Azərbaycan Prezidenti çox önəmli mesajlar verdi. İşğal postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ kök salmış Ermənistan ordusunun tör-töküntüləri oradan çıxarılmalıdır. Müzəffər Ali Baş Komandanın "Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz görürük o kəndləri, yəni, onu da unutmasınlar" çağırışı qarşı tərəfi ciddi düşündürməlidir. Rusiyanın paytaxtı Moskva şəhərində Vladimir Putinin təşkilatçılğı ilə Nikol Paşinyanla qısa danışıqlardan sonra dövlət başçımızın verdiyi açıqlamalar zaman baxımından da son dərəcə əhəmiyyətlidir.

Prezident bildirdi ki, onun göndərdiyi rəsmi nümayəndələr Xankəndidəki erməni icmasını iki dəfə Bakıya dəvət edib Azərbaycan paytaxtında danışıqlara hazır olduğunu nəzərə çatdırıb. Dövlət başçısının sözlərindən belə məlum olur ki, Xankəndidəki xunta liderləri bu dəvəti qəbul etməyib. Nəticədə Azərbaycan üçüncü dəfə çağırış etmək niyyətində deyil. Ölkə başçısının Laçından bir qrup separatçıya mesajı xüsusi siyasi əhəmiyyət daşıyırdı separatçılar bundan mütləq şəkildə nəticə çıxarmalıdır. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb. Artıq Azərbaycan Ermənistanla sərhəddə - Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurduqdan sonra ümumiyyətlə, Xankəndidə oturan separatçıların hər hansı gələcəyi yoxdur onlar konkret olaraq de-fakto Azərbaycanın tam nəzarəti altındadır. Ali Baş Komandanın Laçından Xankəndidəki separatçılara göndərdiyi mesajda mühüm bir məqam var: "İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq". Bununla Prezident Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə nəzarətin "son addımlığında" olduğumuzu elan edir.

Prezident İlham Əliyevin müdrik siyasəti, ağıllı manevrləri, düzgün strategiyası nəhayət dönməz qətiyyəti nəticəsində bir güllə atılmadan Kəlbəcər, Laçın, Ağdam rayonları Ermənistandan geri alındı. Prezident İlham Əliyev Qarabağın Şərqi Zəngəzurun xilaskarı, eyni zamanda işğaldan azad edilən ərazilərimizə həyatı qaytaran, orada yaşayışı təmin edən lider kimi təqdir edilir. Azərbaycan Prezidentinin bu uğurlu fəaliyyətini dünyanın müxtəlif ölkələrinin dövlət başçıları, nüfuzlu siyasət adamları xüsusilə etiraf edirlər.

Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gücünü bu bölgənin qısa zamanda bərpa etmək potensialını göstərir. Kəlbəcər Laçın rayonları bərpa yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha çox töhfə vermək imkanlarına malik olacaq. Bundan əlavə, Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, Laçında Beynəlxalq Hava Limanının inşası hər iki rayonun strateji əhəmiyyətini daha da artıracaq. Prezident İlham Əliyevin ötən il Laçına səfəri Laçın rayon mərkəzində Azərbaycanın üçrəngli bayrağını qaldırması tarixi hadisəyə çevrildi. Laçın şəhərinin tamamilə düşməndən təmizlənməsi qısa müddətdə burada məskunlaşmanın təmin edilməsi baxımından çox ciddi bir addım idi.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, son 3 il ərzində siyasi gücümüzü daha da artırdıq, bu gün Azərbaycanla hesablaşırlar: "Ən azı regional təhlükəsizlik inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır". Bundan əlavə, cənab Prezident qəti şəkildə elan etdi ki, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına dəmiryolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin. Ali Baş Komandan görüş zamanı Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahların hərbçilərin daşınmasına da öz qəti etirazını bildirdi buna son qoyulmasını tələb etdi.

Prezident Zəngəzur dəhlizi məsələsinə toxundu. Regionda açılacaq yeni nəqliyyat dəhlizlərinin, xüsusilə , Zəngəzur dəhlizinin, önəminə diqqət yetirilməsi Azərbaycanın bu məsələdə prinsipial mövqedə olduğunu göstərdi. Bütövlükdə iqtisadi münasibətlərin bərpası, nəqliyyat dəhlizlərinin qısa müddətdə işə salınması bir tərəfdən region üçün böyük əhəmiyyət daşıyırsa, digər tərəfdən iqtisadiyyatı ianələr üzərinə qurulan Ermənistanın özü üçün yeganə çıxış yoludur. Prezident İlham Əliyevin, eyni zamanda Azərbaycanın tolerant, çoxkonfessiyalı bir dövlət olduğunu, xalqların bir yerdə əsrlər boyu mehriban yaşadıqlarını xatırlatması Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət zonasındakı ərazilərdə olan ermənilərə çağırış etməsi onlar üçün tarixi bir şansdır. Onlar güclü Azərbaycan dövlətinin vətəndaşları kimi yaşaya bilərlər.

Artıq üç ildir dövlət başçısı İlham Əliyev tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir: "Bu mühüm addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. 30 il işğal altında qalaraq tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımızda yeni həyatın başlanması, bərpa-quruculuq işlərinin geniş miqyas alması, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıtması böyük xoşbəxtlikdir". Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin olur.

Mustafa KAMAL,

"Respublika".