Külli miqdarda dərman preparatlarının dövriyyəyə buraxılmasının qarşısı alınıb
Digər xəbərlər

Külli miqdarda dərman preparatlarının dövriyyəyə buraxılmasının qarşısı alınıb

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən 3 iyul tarixində verilən məlumatda bildirilir ki, İran İslam Respublikasından tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən iki yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı keçirilən zaman nəqliyyat vasitələrində olan dərman vasitələrinin və tibbi preparatların daşınma tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, həmin nəqliyyat vasitələrinin bu növ malların daşınması üçün tələb olunan konstruktiv quruluşa malik olmaması və dərman vasitələrinin üzərində qeyd edilən saxlanma şəraiti üçün temperatur normalarının pozulması səbəbindən hər iki fakt üzrə, ümumilikdə 27 adda dərman vasitəsinin dövriyyəyə buraxılmasının qarşısı alınıb.