Kriştiano Ronaldo kriptovalyuta reklamlarına görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə üzləşib
İdman

Kriştiano Ronaldo kriptovalyuta reklamlarına görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə üzləşib

Futbolçu Kriştiano Ronaldo, dünyanın ən böyük kriptovalyuta birjası olan Binansı reklam etməsi səbəbilə  ABŞ-da məhkəmə iddiası ilə üzləşib.

"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki, iddiaçılar Kriştianunun təsdiqi onları zərərli investisiyalar etməyə vadar etdiyini bildirib. Onlar təcrübəli futbolçudan 1 milyard dollardan çox təzminat tələb edirlər.

2022-ci ilin noyabrında Binans, Ronaldo ilə əməkdaşlıqda ilk “CR7” token (NFT) kolleksiyasını elan edib.  "CR7" Ronaldonun baş hərflərini və formasının nömrəsini təmsil edir.

Ronaldo, Binans ilə əməkdaşlığını elan etdiyi sosial media videosunda potensial investorlara "NFT oyununu dəyişəcəyik və futbolu növbəti səviyyəyə daşıyacağıq" deyərək milyonlarla izləyicisini həvəsləndirib. Noyabrın 27-də ABŞ-ın Florida ştatının Dairə Məhkəməsinə təqdim edilən kollektiv ərizədə Ronaldonun “Binance ilə əməkdaşlıq edərək qeydiyyatdan keçməmiş qiymətli kağızların satışını təşviq edərək, prosesdə aktiv iştirak etdiyi” ifadə edilib.

İddiaçılar bildiriblər ki, Ronaldunun Binansı tanıtması ilk həftələrdə Kayman adalarında qeydiyyatdan keçmiş kriptovalyuta birjası üçün "axtarışlarda 500 faiz artıma" səbəb olub və bu, onları yanıldıb.