Koert Debeuf: Azərbaycan nəinki Cənubi Qafqazda, həmçinin dünyada mühüm yerə sahibdir
MÜSAHİBƏLƏR

Koert Debeuf: Azərbaycan nəinki Cənubi Qafqazda, həmçinin dünyada mühüm yerə sahibdir

Bugünkü konfrans çox maraqlı keçdi. Prezident İlham Əliyev bütün sualları çox açıq cavablandırdı. Azərbaycan özünü hazırda daha yaxşı hiss edir və bir ölkə kimi yenidən bütövləşdiyinə görə çox sevinir. Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, həmçinin dünyada mühüm yerə sahibdir.

Bunu AZƏRTAC-a açıqlamasında Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Koert Debeuf söyləyib.

"Düşünürəm ki, Ukraynadakı hazırkı münaqişə ilə əlaqədar Azərbaycan iqtisadi cəhətdən əhəmiyyətli rol oynayır. Avropada qaza, ümumiyyətlə, elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan bu sahədə mühüm rol oynayır və bu rol gələcəkdə daha da artacaq", - deyə baş elmi işçi qeyd edib.

AZƏRTAC