Xocavənddəki kütləvi məzarlıqda ayaqları bağlanmış azərbaycanlı hərbçilərin skeletləri tapılıb
MÜSAHİBƏLƏR

Xocavənddəki kütləvi məzarlıqda ayaqları bağlanmış azərbaycanlı hərbçilərin skeletləri tapılıb

Ermənilər tarix boyu xalqımıza qarşı misli görünməmiş qırğınlar törədiblər. Xocavəndin Edilli kəndində aşkarlanan növbəti məzarlıq da bunlardan biridir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.

"Xocavənd rayonunun Edilli kəndində 3 sahə aşkar olunub. Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan əlavə, 2 ədəd bıçaq, siqaret kötükləri, gilizlər aşkarlandı. Çoxunun ayaqları məftil və kəndirlə bağlanıb. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək və daha dəqiq müayinələr orada davam etdiriləcək", - deyə o bildirib.

AZƏRTAC