Kəlbəcər və Qubadlı rayonlarına yeni hərbi prokurorlar təyin edilib
Digər xəbərlər

Kəlbəcər və Qubadlı rayonlarına yeni hərbi prokurorlar təyin edilib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq əmrləri ilə Kəlbəcər və Laçın rayonlarına yeni hərbi prokurorlar təyin edilib. Mahir Bayramov Kəlbəcər, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru vəzifələrinə təyinat alıblar.

Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" 2021-ci il 1 aprel tarixli Sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə həmin hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən olunub.

AZƏRTAC