Kanadadakı Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Ceyhun Nəcəflidən
Məktublar

Kanadadakı Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Ceyhun Nəcəflidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Kanadanın Alberta əyalətinin Kalqari şəhərindəki Azərbaycan icması adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Sizin rəhbərliyinizlə Azərbaycan davamlı şəkildə inkişaf edir, ölkənin beynəlxalq əlaqələri genişlənir. Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləriniz həm ölkə daxilində, həm də xaricdə yüksək qiymətləndirilir. Bu uğurları böyük iftixar hissi ilə müşahidə edirik. Yorulmaz fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Biz gələn ilin fevralında keçiriləcək, ölkəmizə daha parlaq gələcək vəd edən növbədənkənar prezident seçkilərində iştirak edərək Sizi dəstəkləyəcəyik. İnanırıq ki, Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, həmişə böyük uğurlar qazanacaq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Ceyhun NƏCƏFLİ,

Kanadadakı Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri.