Kanadada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan
Məktublar

Kanadada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyiniz ötən 20 il ərzində ölkəmiz böyük nailiyyətlər əldə etmiş, beynəlxalq arenada mövqelərini möhkəmləndirmişdir. Siz gördüyünüz işlərlə xalqın sevgisini, etimadını və rəğbətini qazanmısınız. İnanırıq ki, Sizin rəhbərliyinizlə respublikamız yeni-yeni zirvələr fəth edəcəkdir.

Fürsətdən istifadə edərək, Kanadadakı diaspor fəalı kimi mənim də “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmağıma görə təşəkkürümü bildirirəm. Göstərilən diqqət fəaliyyətimizə güclü stimul verir.

Əziz Prezident, Sizə ən xoş arzularımı bildirir, qarşıdan gələn prezident seçkilərində uğurlar diləyirəm.

Hörmətlə,

Nigar ƏLİYEVA,

Kanadada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi.