İşsizlikdən sığorta fondunun sərbəst vəsaiti də investisiyaya yönəldiləcək
Sosial həyat

İşsizlikdən sığorta fondunun sərbəst vəsaiti də investisiyaya yönəldiləcək

Bu istiqamət üzrə əldə olunan gəlirlər şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılmasına, məşğulluq tədbirlərinə sərf olunacaq

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları ilə işsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi nəzərdə tutulur fondun sərbəst vəsaitinin banklarda depozitə qoyulma şərtləri, həmin investisiya gəlirlərindən istifadə istiqamətləri müəyyən olunur.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "İşsizlikdən sığorta haqqında" Qanunda edilən yeni dəyişikliklə Qanuna "sərbəst vəsait" "investisiya gəliri" anlayışları əlavə edilib. Həmin anlayışlara görə, işsizlikdən sığorta fondunun sərbəst vəsaiti fondun büdcəsinin icrasının yarımillik illik nəticələrinə görə gəlir xərclər arasında müəyyən edilən müsbət qalıqdır. Fondun investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanaraq onların uçotu ayrıca aparılacaq.

"İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi investisiya gəlirlərindən istifadə edilməsi Qaydası"na əsasən, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklara depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizini ötməməlidir.

Habelə depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.

Sərbəst vəsait ölkəmizdə fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara depozitə yerləşdiriləcək.

İnvestisiya gəlirlərindən isə:

investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi təkrar investisiya məqsədləri,

–"Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuş məşğulluq tədbirləri ilə bağlı islahatların maliyyələşdirilməsi,

müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin şəhid ailələrinin sosial müdafiəsi sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi,

işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması ilə bağlı xərclər,

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə istifadə olunacaq.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək.