Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxıda dəfn olunub
Sosial həyat

Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxıda dəfn olunub

Ötən gün 81 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxıda dəfn olunub.

AZƏRTAC xəbər verir ki, Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Yazıçının həyat və yaradıcılığından söhbət açılıb, barəsində xoş xatirələr danışılıb.

Sonra yazıçı vəsiyyətinə uyğun olaraq Kərkənc kənd qəbiristanlığında anasının qəbri yanında dəfn edilib.

Dəfn mərasimindən sonra Şamaxı şəhər Cümə məscidində ehsan süfrəsi təşkil olunub.