İşsizin dostu proqramı Naxçıvan MR-də
Sosial həyat

İşsizin dostu proqramı Naxçıvan MR-də

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında daha 500 nəfərin "İşsizin dostu" proqramına cəlb edilməsinə başlanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan artıq 100 nəfəri proqram çərçivəsində ödənişli ictimai işlərlə təmin ediliblər. Qalan 400 nəfərin də proqram çərçivəsində məşğulluğunun təminatı üçün işlər aparılır. Bundan əvvəl də DOST İş Mərkəzi Naxçıvan MR-də ilk layihəsi olaraq 500 şəxsi işlə təmin edib və hazırda Muxtar Respublikada artıq 600 şəxs "İşsizin dostu" proqramı üzrə müxtəlif işlərdə çalışır. Beləliklə, Naxçıvan MR-də proqrama cəlb edilənlərin sayı 1000-ə çatacaq.

"Respublika".