İsmayıllıda kənd yolları asfaltlanır
Sosial həyat

İsmayıllıda kənd yolları asfaltlanır

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, İsmayıllıda da abadlıq quruculuq işləri davam etdirilir.

"Respublika" xəbər verir ki, rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.

Hazırda İsmayıllı rayonunda növbəti təmir işi Zərgəran kəndində aparılır. Qeyd edək ki, rayonun digər kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

M.QULUYEV,

“Respublika”