İşğaldan azad olunmuş ərazilərdə aqrar təsərrüfat
İQTİSADİYYAT

İşğaldan azad olunmuş ərazilərdə aqrar təsərrüfat

Aqrar sahədə əldə olunan təcrübələrini işğaldan azad edilmiş rayonlara uğurlu inteqrasiyası, heyvandarlıq bitkiçilik sahəsində zəruri infrastrukturun qurulması kimi məsələlər qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Məlumdur ki, artıq işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatı xarici investorlar üçün mühüm bir sahəyə çevrilir. Digər tərəfdən, bu ərazilərdə məhsuldarlığın artması ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək. Azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı ilə yanaşı, emal sənayesinin genişləndirilməsi nəticəsində ölkəmiz həm hazır, emal olunmuş kənd təsərrüfatı məhsulları istehsal edə biləcək. Burada emal sənayesi üçün infrastrukturun yaradılacağı sənaye parklarını bir daha xatırlatmaq yerinə düşər ki, bu da kənd təsərrüfatı məhsullarını logistik xərclər olmadan emal etməyə imkan verəcək. Bu çərçivədə bir çox xarici şirkətlər, o cümlədən İsrail, Belarus Rusiya müəssisələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroşəhərlər kənd kommunaları tikməyə hazır olduqlarını bəyan etmişlər.

Əfsuslar olsun ki, xain düşmən işğal altında saxladığı kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin - 231,056 əkin, 352 min hektara yaxın örüş-otlaq biçənək sahəsini yararsız hala salmış, bu torpaqlarda əkin-biçin işləri aparılmamışdır. Düşünsək ki, keçən zaman ərzində bu ərazilərdən milyon tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi, bunun olduqca böyük iqtisadi-aqrar itki olduğunu görərik. Xüsusən son dövrlərdə dünya bazarında taxılın, süd məhsullarının, bitki yağlarının digər məhsulların qiyməti xeyli dərəcədə artmışdır. Məhz bu məqamda işğaldan azad edilmiş ərazilərimizdən dünya bazarına bu məhsulları ixrac edərək olduqca yüksək gəlir əldə etmək mümkündür. Misal üçün Füzulidə, Ağdamda taxılçılıq üçün yararlı ərazilər olub. Kəlbəcər, Laçın, Qubadlı heyvandarlıq üçün vacib rayonlardır, çünki çox geniş otlaq sahələrinə malikdir. Digər rayonlarda arıçılığın, balıqçılığın, quşçuluğun inkişafı üçün böyük potensial var. Bu baxımdan, həmin ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əhalinin ərzaqla təminatı ilə yanaşı, geniş ixracat üçün əsaslı şərait yaradır.

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhaliyə iri xırdabuynuzlu heyvanların verilməsi, arıçılıq təsərrüfatlarının yaradılması, rayonlara görə ixtisaslaşmanın yenidən dəqiqləşdirilməsi aqrar sahənin inkişafı istiqamətində atılacaq addımlardır. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq, əkin dövriyyəsi artacaq, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasını yaxşılaşdıracaq.

İşğaldan azad olunmuş ərazilərin inkişafında beynəlxalq təcrübənin tətbiqi əhəmiyyətlidir. BMT-nin FAO (Ərzaq Kənd Təsərrüfatı) təşkilatının İraq Əfqanıstanda müharibədən sonrakı dövrdə aqrar sahədə irihəcmli layihələr həyata keçirmək təcrübəsi var. Kənd təsərrüfatı sahəsində deqradasiya olunmuş torpaqların bərpası su ehtiyatlarından daha səmərəli istifadə, kiçik fermer təsərrüfatlarının davamlı məhsuldarlığının təmin edilməsi kimi layihələrdən əldə edilmiş təcrübələrin ölkəmizdə istifadəsi mümkündür.

Sözügedən ərazilərdə heyvandarlıq potensialı da olduqca yüksəkdir. Dövlətin dəstəyi ilə damazlıq heyvan cinslərinin artırılması üçün təsərrüfatların yaradılması, qoyunçuluğun inkişafı üçün cins heyvanların ayrılması, arıçılığın inkişaf etdirilməsi, otlaq sahələrinə uyğun xırdabuynuzlu kooperativ təsərrüfatların təşkili kimi tədbirlər həyata keçirilir.

Ümumiyyətlə, pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, son illərdə kənd təsərrüfatı üzrə inkişaf dinamikası artmışdır. Bununla yanaşı, işğaldan azad edilən ərazilərin aqrar potensialı hesabına növbəti illərdə bu sahənin əkin balansı təqribən 10 faiz artırılacaq.

Aqrar sahənin təkmilləşdirilməsi üçün texniki avadanlıqlar olduqca vacibdir. Kənd təsərrüfatı texnikalarının alınması, əkin işləri üçün hazırda pambıqçılıqda tətbiq olunan "Müqaviləli istehsal" modelinin tətbiqi kimi tədbirlər dövlətimiz tərəfindən təkanverici addımlardır.

"Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır. Eyni zamanda, Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi təsis edilmiş "Qarabağ Dirçəliş Fondu" işğaldan azad edilmiş ərazilərdə səmərəli məskunlaşma üçün müasir həyatın təmin edilməsinə xidmət edir. Bununla yanaşı, ərazilərin bərpası prosesinə xarici investorların beynəlxalq donor qurumlarının cəlb olunması da diqqət mərkəzindədir. Kənd təsərrüfatı baxımından mühüm potensiala malik ərazilərin inkişafı Azərbaycanın regionda iqtisadi baxımdan daha da güclənməsində iqtisadi təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq.

Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixində imzaladığı fərmanlar Böyük Qayıdış çağırışının aktual məsələlərinə aiddir. Dövlət başçısının imzaladığı sənədlərdən biri "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması fəaliyyətinin təmin edilməsi haqqındadır. Prezident İlham Əliyev, həmçinin "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması fəaliyyətinin təmin edilməsi haqqında" da Fərman imzalamışdır.

Laçın şəhərində istehsalat, xidmət tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğu üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Bununla yanaşı, Aqro Sənaye Parkında ümumilikdə, 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Həm iri, həm kiçik mebel fabrikləri, yüngül materiallardan ev digər konstruksiyalar hazırlayan müəssisə, balıqçılıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. Qeyd edək ki, artıq iyun ayından keramik məhsullar fabriki fəaliyyətə başlayıb. Bundan başqa, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili nəzərdə tutulub.

Nurlan ABDALOV,

"Respublika".