İşğaldan azad olunan ərazilərdə aqrar inkişaf
İQTİSADİYYAT

İşğaldan azad olunan ərazilərdə aqrar inkişaf

Azərbaycan gündən-günə inkişaf edib öz gücünü artıran ölkədir. Paytaxt bölgələrdə görülən işlər, ən son texnologiyalarla ərsəyə gətirilən tikililər ölkəmizin region dövlətləri siyahısında ilk sıralarda yer almasına imkan verir. Buna əsasən atılmış ən böyük addımlardan biri işğaldan azad olunmuş ərazilərimizə "Böyük qayıdış"ın təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən kompleks fəaliyyət planlarının hazırlanmasıdır. Eyni zamanda artıq bu istiqamətdə əhəmiyyətli praktiki fəaliyyətə başlanılıb. Ermənistan tərəfindən ərazilərimizin işğala məruz qalması ilə nəticələnən təcavüzkar müharibə terror aktı xarakteri daşıyıb. Belə ki, işğal olunmuş ərazilərdə yaşayan əhali öz dədə-baba torpaqlarından son nəfərinədək çıxarılıb. Həmçinin işğal olunmuş ərazilərdəki kənd təsərrüfatı infrastrukturu döyüşlər nəticəsində deyil, məqsədyönlü şəkildə dağıdılıb.

İşğaldan sonrakı dövrlərdə bu ərazilərdə kənd təsərrüfatı torpaqlarından istismar xarakterli istifadə olunub. Bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası inkişafı ilə əlaqədar dövlət başçısı tərəfındən hökumətə tapşırıqlar verilib.

İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatının inkişafı baxımından potensialı çox genişdir. Bu potensialdan səmərəli istifadəyə nail olunması üçün müvafiq stukturların indidən işə başlaması da vacibdir.

Taxılçılığı ilə məşhur Ağdam Füzuli bölgələrinə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Şübhəsiz ki, bu bölgələrdəki aqrar inkişaf isə Azərbaycan iqtisadiyyatına çox təsir edəcək. Ölkədə iqtisadiyyatın inkişafının 10 faizi məhz o torpaqdan əldə edilən məhsulların üzərinə düşür. Əlbəttə müasir texnologiyaların tətbiqi insanlar üçün daha yaxşı şərait yaradacaq. Ekspertlər bildirir ki, bunun nəticəsində Qarabağ bölgəsindəki aqrar sahə sürətlə inkişaf edəcək, həmçinin ölkə iqtisadiyyatının inkişafının 20 faizədək artması gözlənilir.

Zəngilanda isə əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf edib. Lakin 30 ilə yaxın işğal dövründə Zəngilanın sərvətləri düşmən tərəfindən darmadağın edilib, infrastruktur sıradan çıxarılıb. Lakin 44 günlük zəfər tariximizdən sonra digər rayonlar kimi, Zəngilana da Prezident İlham Əliyev tərəfindən xüsusi qayğı göstərilib. Qeyd edək ki, ölkə başçımız Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da Zəngilan rayonunda "Dost Aqropark"ın təməlini qoyublar. Kompleks, həmçinin bölgənin toxum, gübrə kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə imkanı yaradılacaq.

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan işğaldan azad edilən Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Laçın rayonunun bir sıra investisiyatutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yerli fermerlər üçün əlavə imkanlar yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27- Laçın rayonuna səfər edib, Aqro Sənaye Parkında aparılan işlərlə tanış olub. Laçın şəhərində istehsalat, xidmət tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Aqro Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm kiçik mebel fabrikləri, yüngül materiallardan ev digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili nəzərdə tutulub.

İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycan Respublikasında inzibati-ərazi vahididir inzibati mərkəzi Kəlbəcər şəhəridir. Vurğulayaq ki, 1980-ci illərin statistikasında Kəlbəcər rayonunun kənd təsərrüfatına yararlı torpaq sahələri 90 min hektardan çox olub. Bunun isə 83 min hektardan çoxunu örük, otlaq biçənək sahəsi təşkil edir ki, bu da heyvandarlığın inkişafı üçün böyük potensial deməkdir. İşğaldan sonrakı dövrdə Azərbaycanda yarımköçəri heyvandarlıq təsərrüfatlarına ciddi zərbə dəymişdi. Kəlbəcər ərazisindəki yaylaqlardan, Alp çəmənliklərinin imkanlarından istifadə edə bilməyən heyvandarlar sürüləri yay vaxtı digər bəzi dağlıq rayonlarının o qədər geniş olmayan yaylaqlarına aparmaq məcburiyyətində qalırdılar. Bu isə heyvandarlığın inkişafına istər-istəməz öz mənfi təsirini göstərirdi. Bu baxımdan da Kəlbəcər rayonu keçmiş şöhrətini özünə qaytaracaq. Kəlbəcər Azərbaycanın həm aqrar sahədə, həm turizm sahəsində seçilən rayonlarından olub. Rayonun iqlimi təbiəti heyvandarlığın inkişafına imkan verir.

Nəticə etibarilə onu deyə bilərik ki, işğaldan azad olunan ərazilərimizə dövlət başçımız xüsusi qayğı ilə diqqət göstərir. Həmin bölgələrdə ən son texnologiyalarla yeni tikililər ucaldılır, tarixi məkanlarımız bərpa olunur.

Röya RÜSTƏMLİ,

"Respublika".