İraqın şimalında 12 PKK terrorçusu zərərsizləşdirilib
Dünya xəbərləri

İraqın şimalında 12 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında 12 PKK terrorçusu məhv edilib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə nazirliyi İraqın şimalındakı Hakurk bölgəsində 12 PKK terrorçusunun hava əməliyyatları nəticəsində zərərsizləşdirildiyini bildirib.

Nazirlik bu barədə yazılı bəyanatında qeyd edib: "İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilmiş 12 PKK terrorçusu mütəşəkkil hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”.

Musa Bağırlı,

“Respublika”.