İranlı parlamentari: İran prezidenti ölkə iqtisadiyyatını məhv edib
Region

İranlı parlamentari: İran prezidenti ölkə iqtisadiyyatını məhv edib

İran prezidenti İbrahim Rəisi ölkə iqtisadiyyatını tamamilə məhv edib və ölkə “iqtisadi fəlakətə” yuvarlanıb.

"Respublika" bildirir ki, bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib.

C.Mahmudzadənin sözlərinə görə, İran prezidenti prezident seçkilərində 7 min səhifəlik proqramında ölkə vətəndaşlarına çoxlu sayda vəd verib. Halbuki onların heç biri yerinə yetirilməyib. İbrahim Rəisi güclü dövlət qurmağı vəd etmişdi. Güclü dövlət qurmaq bir yana, iqtisadiyyat acınacaqlı vəziyyətdədir.

Mahmudzadə əlavə edib ki, ölkə valyutası “dəhşətli” şəkildə devalvasiyaya uğrayıb. Vətəndaşlar zəruri məhsullar (çörək, toyuq və sairə) almaq üçün uzun növbələrdə gözləməli olurlar. Məhsulların qiymətləri bir neçə dəfə bahalaşıb, 100%-lik inflyasiya var. İranda “ərzaq və iqtisadi” fəlakət yaşanır.