İqtisadi əlaqələrin şaxələndirilməsi ölkəmizin Avropada artan nüfuzunun göstəricisidir
Siyasət

İqtisadi əlaqələrin şaxələndirilməsi ölkəmizin Avropada artan nüfuzunun göstəricisidir

Avropa Asiyanın kəsişməsində yerləşən ölkəmiz iqtisadi inteqrasiyanı, enerji sahəsində əməkdaşlığı mədəni mübadilələri təşviq edərək strateji baxımdan əhəmiyyətini gündən-günə artırır. Azərbaycanın coğrafi mövqeyi onu Avropada əsas aktora çevirir bu, ölkələr arasında diplomatik əlaqələrin fəal şəkildə davam etdirilməsinə əlverişli zəmin yaradır. 2004- ildə Azərbaycanın "Avropa Qonşuluq Siyasəti", 2009-cu ildə isə onun şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan "Şərq Tərəfdaşlığı Proqramı"na qoşulması bugünkü əlaqələrin təməlində dayanır. "Şərq Tərəfdaşlığı Proqramı"nda iştirakı ölkəmizin Avropa tərəfdaşları ilə siyasi dialoqunu gücləndirir, iqtisadi inteqrasiyanın təşviqinə mədəni əlaqələrin şaxələndirilməsinə geniş imkan yaradır.

Zəngin enerji resursları, xüsusən Xəzər dənizindəki neft təbii qaz ehtiyatları ölkəmizin Avropanın mühüm enerji təchizatçısı rolunu artırır. 2006- ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Azərbaycanın neft yataqlarını Türkiyənin Aralıq dənizi sahilləri ilə birləşdirərək Avropa bazarlarına birbaşa çıxışını təmin edir. Bundan başqa, geniş boru kəmərləri şəbəkəsi olan Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazının Avropa istehlakçılarına çatdırılmasına, ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə imkan verir. Təxminən 40 milyard ABŞ dolları dəyərində, uzunluğu 3500 kilometr "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) Trans-Adriatik (TAP) layihələrindən ibarət olan Cənub Qaz Dəhlizi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunan təbii qazı Avropaya çatdırır. Bu baxımdan, Cənub Qaz Dəhlizinin əsas resurs bazası, təxminən 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz-2" yatağı Avropa üçün təbii qaz mənbəyidir. Yatağın işlənməsi qaz hasilatını təbii qazın Avropaya ixracını artırmağa imkan verir.

TANAP boru kəməri "Şahdəniz" yatağından Türkiyə ərazisinə təxminən 1850 kilometr məsafəni əhatə edir. TANAP ildə 16 milyard kubmetr nəqletmə qabiliyyətinə malikdir təbii qazın Türkiyəyə, oradan da Avropaya ötürülməsində qapı rolunu oynayır. Cənub Qaz Dəhlizinin əsas komponenti olan Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın "Şahdəniz" qaz yatağını Yunanıstan Albaniya vasitəsilə İtaliyaya birləşdirir. TAP 2020-ci ildə kommersiya fəaliyyətinə başlamaqla Avropanın enerji şaxələndirilməsi səylərinə mühüm töhfə verib. 878 kilometr uzunluğunda olan, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti - TAP ildə 10 milyard kubmetr təbii qazı nəqletmə qabiliyyətinə malikdir ki, bu da Avropa üçün yeni enerji mənbəyi rolunu oynayır. 2020-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 11,6 milyard kubmetr təbii qaz ixrac edərək Avropanın enerji şaxələndirilməsi səylərinə mühüm töhfə vermişdir. İtaliya, Yunanıstan, Bolqarıstan Albaniya Azərbaycandan təbii qazı TAP kəməri vasitəsilə alır bu, ölkələrin enerji təhlükəsizliyini artırmaqla bərabər, həmçinin vahid təchizatçıdan asılılığını da azaldır. Bu baxımdan, Cənub Qaz Dəhlizi nəinki Avropanın enerji şaxələndirilməsi səylərini gücləndirir, həm Azərbaycan, Türkiyə, Yunanıstan, Albaniya İtaliya arasında daha sıx əlaqələri inkişaf etdirərək regional əməkdaşlığı təşviq edir.

Bu gün Azərbaycan Avropa ölkələri ilə iqtisadi inteqrasiyanın təşviqində mühüm irəliləyişə nail olub. Ölkəmiz malların xidmətlərin mübadiləsini asanlaşdırmaq üçün ilə tərəfdaşlıq da daxil olmaqla, müxtəlif ikitərəfli çoxtərəfli ticarət əlaqələri qurur. Bundan əlavə, Azərbaycanın "bir kəmər, bir yol" təşəbbüsündə fəal iştirakı onun həm Avropa, həm Asiya ilə qarşılıqlı əlaqələrini daha da möhkəmləndirir. Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz alternativ enerji resurslarını kəşf etməklə avropalı tərəfdaşlarla əməkdaşlığını daha da genişləndirməyə səy göstərir. Belə ki, Xəzər dənizində yerləşən "Abşeron" qaz yatağının yaxın illərdə Azərbaycanın təbii qaz hasilatına töhfə verəcəyi, ölkənin Avropa üçün etibarlı enerji təchizatçısı kimi potensialını daha da artıracağı gözlənilir. Həmçinin Azərbaycan Avropanın təmiz enerjiyə keçidinə uyğun olaraq günəş külək kimi bərpaolunan enerji mənbələrini tədqiq etməklə bu sahədə irimiqyaslı layihələrin reallaşmasına investisiyaları cəlb etməyi qarşısına məqsəd qoyub. Bir sözlə, Azərbaycan ölkələrinin enerji təhlükəsizliyini gücləndirməklə enerji mənbələrini şaxələndirir bununla da, həm Azərbaycanın, həm Avropa ölkələrinin iqtisadi artımına töhfə verir.

Azərbaycan ilə Avropa İttifaqı arasında yalnız enerji sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq əlaqələri möhkəmləndirilir Azərbaycan üçün ən vacib məsələlərdən biri olan sərmayə qoyuluşu daha da genişləndirilir. Belə ki, Avropa İttifaqı 2024- ilə qədər Azərbaycana 60 milyon avro həcmində sərmayə yatırmağı nəzərdə tutub. Bununla yanaşı, Azərbaycanda təqribən 25 min kiçik orta şirkətə dəstək göstərir Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verir.

Strateji mövqeyi, infrastrukturun inkişafı, multimodal əlaqə regional əməkdaşlıq Azərbaycanı Avrasiyada böyük nəqliyyat habına çevirir. Güclü nəqliyyat şəbəkəsinin yaradılması beynəlxalq tərəfdaşlığa aktiv yanaşması təkcə Azərbaycanda deyil, həm regionda ticarət əlaqələrinin genişlənməsinə möhkəm zəmin yaradır. Azərbaycan nəqliyyat infrastrukturunu gücləndirməklə Avropa Asiya arasında ticarət iqtisadi əməkdaşlığın formalaşmasında mühüm rol oynayır. Avropa İttifaqı Azərbaycanın ən böyük ticari tərəfdaşıdır ölkəmizin ümumi ticarət həcminin demək olar ki, 40 faizdən çoxu -nin payına düşür. Məsələn, Almaniya Azərbaycanın daxilində ən böyük ticarət tərəfdaşlarından biridir. İtaliya şirkətləri tikinti, enerji kənd təsərrüfatı sahələri üzrə Azərbaycana böyük həcmdə sərmayə yatırmışdır. Bütün bunlar onu deməyə əsas veri ki, Azərbaycan ikitərəfli münasibətləri genişləndirmək iqtisadi artımı təşviq etmək məqsədilə Avropa ölkələri ilə fəal şəkildə ticari-iqtisadi əməkdaşlığı davam etdirir.

Azərbaycanın regional təhlükəsizlik sabitliyə verdiyi töhfələr, bu istiqamətdə həyata keçirdiyi siyasət ölkəmizin Avropa İttifaqında nüfuzunu daha da artırır. Ölkəmiz NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına fəal şəkildə qoşulur, sülhməramlı missiyasını uğurla yerinə yetirir. Azərbaycanın regionda təhlükəsizliyin qorunub saxlanmasında, əmin-amanlığın bərqərar olmasında vacib aktor kimi çıxış etməsi ona avropalı tərəfdaşları tərəfindən hörmət etimad qazandıraraq Avropa qitəsində ölkəmizin mövqeyini daha da möhkəmləndirir. Avropa dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məlumat mübadiləsinə, potensialın artırılmasına silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyətin inkişafına geniş imkan yaradır.

Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan Azərbaycan ölkələri ilə ticarət, mədəniyyət, təhsili sahəsində əməkdaşlığa üstünlük verir. Bu, Azərbaycan ilə Avropa ölkələri arasında ikitərəfli münasibətləri möhkəmləndirir, qarşılıqlı anlaşmanı təşviq edir, ümumi inkişafa tərəqqiyə yol açır. Bu gün azərbaycanlı tələbələrin Avropada, xüsusən Böyük Britaniya, Almaniya s. ölkələrdə təhsil alması, ölkələr arasında təhsil mübadiləsi biliklərin ötürülməsini asanlaşdırır. Ölkəmizdə fəaliyyət göstərən universitetlər, elmi-tədqiqat institutları müxtəlif akademik elmi layihələrdə Avropanın təhsil müəssisələri ilə birgə əməkdaşlıq edir, elmi tədqiqatlar, tələbə mübadiləsi təşviq olunur ki, bu da müxtəlif sahələrdə bilik innovasiyaların inkişafına töhfə verir. Azərbaycan, həmçinin beynəlxalq səviyyəli mədəni tədbirlərin fəal iştirakçısıdır, dünya əhəmiyyətli sərgilər, festivallar forumlara evsahibliyi edir. Bütün bunlar isə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirir.

Azərbaycan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir. Münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqında Azərbaycanın rolunu daha da artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".