İnsanlıq əleyhinə cinayətlərin icraçılarına layiqli cavab
Digər xəbərlər

İnsanlıq əleyhinə cinayətlərin icraçılarına layiqli cavab

Dünyanın qara ləkəsi olan ermənilik haqqında düşünəndə adamın yadına nifrətdən başqa söz düşmür. Azərbaycanlı olduğuna görə körpə uşagı qətlə yetirən, hərbi cinayətkar, Xocalı soyqırımını törədənlərdən biri, yaralı və qoca azərbaycanlıları güllələyən, nankor, İkinci Qarabağ müharibəsində həmyerlilərini darda qoyaraq xəlvətcə qaçan Serjk Sərkisyan üç ilə yaxın müddətdə ağzına su alaraq susurdu.

Əslində bu qatilin danışmağa belə haqqı çatmır, öz xalqını həmişə aldadan, kirli erməniliyin üz qarası olan Sərkisyan ötən müddətdə onu təhqir edən ermənilərə cavab verə bilmədi. Qohumlarını həbs etdilər dillənmədi, yenə öz qınına çəkildi. Çünki onu yaxından tanıyanlar yaxşı bilir ki, bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari olub, alçaldılmış və təhqir edilmiş birisi kimi tanınıb. Doğulub böyüdüyü, çörəyini yediyi, havasını udduğu, suyunu içdiyi Qarabağ torpaqlarına xəyanət edən, etnik nifrət zəminində azərbaycanlıları öldürən bu hərbi cinayətkar daş altında yatan və fürsət gözləyən zəhərli ilana bənzəyir. Həyasız, idbar, əxlaqdan və humanizmdən xəbəri olmayan bu qatil Ermənistan prezidenti (?!) olarkən hərbi cinayətkar Serjkin vəhşiliyi, qəbilə təfəkkürü haqqında bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər danışıblar. Bu cinayətkar bir neçə il bundan əvvəl britaniyalı jurnalistə verdiyi müsahibəsində demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər.

Ötən illər ərzində "hinə" çəkilən Serjik Sərkisyan qəfildən "banlamağa" başlayıb, nüfuzsuz, hörmətsiz, istifadə edilərək bir tərəfə tullanmış bu buqəlamun Qarabağ erməniləri ilə bağlı ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktub göndərib. Vaxtilə öz həmyerlilərini bəlaya salan, "miatsum" qışqıran, hərbi cinayətkar ləyaqətsiz və şərəfsiz şəkildə həmin ölkələrin prezidentlərinə yalvarır, guya "blokada" şəraitində yaşayan Qarabağ erməniləri üçün tülkü kimi hiyləgərliklə göz yaşı tökərək imdad diləyir. Yaltaqcasına keçmiş Dağlıq Qarabağ danışıqları prosesində bütün incəlikləri bilən, bütün mərhələlərdən yaxşı xəbərdar olan ciddi mütəxəssisləri və ekspertləri köməyə çağırır, Qarabağ ermənilərini gözləyən "fəlakət"dən dəm vurur.

Yalvarır, dil tökür, "sizdən xahiş edirəm, sabah çox gec ola bilər", - deyə sayıqlayan cani Sərkisyan yaranmış reallığı dərk edə bilmir, necə deyərlər, meyiti ortada qalmış ATƏT-in Minsk qrupunun diriləcəyinə ümid edir. Çox gecdir, azərbaycanlılara qarşı qanlı qırğınlar törədəndə, şəhərləri, kəndləri talayıb, sonra da yandıranda, otuz ilə yaxın havadarlarına arxalanaraq torpaqları işğal altında saxlayanda kif basmış vicdanın niyə oyanmadı?! İndi imdad diləyirsən, yalvarırsan, başqalarından kömək umursan, özünü gözə soxmağa çalışırsan, "mən də varam" görüntüsü yaratmaq istəyirsən, çox gecdir, sənin kimi daşnakların gözlədiyi qatar daha geri qayıtmayacaq, bütün erməniliyin və havadarlarının Qarabağ xülyası dəmir yumruqla darmadağın edilib. Həm siyasi, həm döyüş, həm də informasiya meydanında Azərbaycanın igid oğulları Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa ediblər, xaraba qoyduğunuz Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb.

Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan "müharibə qəhrəmanları" artıq həbsdədirlər. Vaxtilə Serjik Ermənistanda müdafiə naziri, 10 il ərzində prezident olub. Bu barədə azad edilmiş Suqovuşanda olarkən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin "Madagiz" adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən.

Əslində, başqalarının əlində alətə çevrilən Serjik kimiləri bölgədə yaranmış reallığı qəbul etmir, ağılları köhnə əyyamlara gedir, lakin unudurlar ki, Azərbaycan artıq diktə edən tərəfdir, onun şərtləri ilə hesablaşmaq lazımdır, onsuz da Xankəndi və ətraf ərazilər şanlı Azərbaycan ordusunun bölmələrinin ovcunun içindədir, istənilən an bu yumruq sıxıla bilər. Serjik, Araik, Ruben Vardanyan kimiləri erməniləri Xankəndidə girov saxlayırlar, barışıqdan, sülhdən danışanları isə linc edirlər, öz qəddar mənafelərini qoruyurlar. Xankəndidə keçirilən aksiyalar isə şoudan başqa bir şey deyil, separatçıların sonuncu gümanı etiraz aksiyalarınadır və bu əlacsızlıqdan irəli gəlir. Azərbaycanlı politoloqun fikrincə, əgər bölgədə müharibə şəraiti varsa və əvvəlki dövrlərdə qarşıdurmalar olubsa, burada aksiyalar keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Bunun indiki mərhələdə ciddi bir təsirinin olacağını gözlənilmir.

Ağlaşma, saxta göz yaşları, blokada, humanitar fəlakət və digər böhtanlar ermənilərin köhnə və əbədi taktikasıdır. Köçəryandan, Sərkisyandan Paşinyana qədər olan bütün mərhələlərdə ermənilər bu taktikadan istifadə ediblər. Əslində, Xankəndi və ətraf ərazilərdə heç bir blokadadan söhbət gedə bilməz. Çünki Laçın sərhəd-buraxılış məntəqəsi adi rejimdə işləyir, ermənilər bu məntəqədən sərbəst hərəkət edirlər. Buna baxmayaraq, Paşinyanın və Serjikin üç dövlətin başçılarına yalvarmaları onu göstərir ki, erməniliyin sərsəmləmələrini yalnız güc dayandıracaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın Fransanın "Le Monde" qəzetinə müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir ki, Ermənistan baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi "demokratik yolla seçilmiş hakimiyyət" adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmədiyinin bariz nümunəsidir. Ermənistanın baş naziri Paşinyanın bu fikirləri, həmçinin onun "Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına" dair bəyanatına tamamilə ziddir. Azərbaycana qarşı bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb edən, təcavüzkar siyasəti və separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir. Bu addım Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq məqsədilə atılıb. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum tələbini 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək bir daha təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır.

Salman ALIOĞLU,

"Respublika".