Fərid Qayıbov: Şahmatda əldə edilən uğurlar ölkə rəhbərliyi ilə federasiyanın birgə səylərinin nəticəsidir
İdman

Fərid Qayıbov: Şahmatda əldə edilən uğurlar ölkə rəhbərliyi ilə federasiyanın birgə səylərinin nəticəsidir

"Bu il şahmatda uğurlu nəticələrimiz çox oldu. Hər birimiz bu nailiyyətlərə görə sevinirik".

"Respublika" xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov dünya və Avropa çempionatlarında yer tutan Azərbaycan şahmatçılarının mükafatlandırılma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nüfuzlu yarışların Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu bildirən nazir qeyd edib: "Bu dəfə idmançılarımızı dəstəkləyən azarkeşlərin sayı da çox idi. 2023-cü ildə təkcə Bakıda deyil, regionlarımızda da müxtəlif yarışlar təşkil olundu. Şahmatçılarımız bu turnirlərdə qazandıqları uğurlar sayəsində bizi sevindirdilər”.

F. Qayıbovun sözlərinə görə, əldə edilən uğurlar ölkə rəhbərliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə səylərinin nəticəsidir: "Dövlətin dəstəyi olmadan bu nəticələri qazanmaq olmazdı. Ölkəmizdə şahmata göstərilən qayğı idmançılarımızın qazandığı nailiyyətlərdə əsas amildir".