ICESCO-nun nümayəndələri Qərbi Azərbaycan İcmasında olublar
Sosial həyat

ICESCO-nun nümayəndələri Qərbi Azərbaycan İcmasında olublar

ICESCO-nun Baş Qərargahında Sosial və İnsan elmləri üzrə Departamentinin direktoru Ramata Almami Mbaye və ICESCO-nun Baş Qərargahında Strategiya və Əməkdaşlıq Departamentinin eksperti Dinara Quliyeva noyabrın 21-də Qərbi Azərbaycan İcmasında olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Qərbi Azərbaycan İcmasının məsul şəxsləri - Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva və icmanın sözçüsü Ülviyyə Zülfiqar ilə keçirilən görüşdə Məlahət İbrahimqızı deportasiyalar nəticəsində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsinin də zərbə aldığını bildirib.

Səbinə Xasayeva Qərbi azərbaycanlı qadın və uşaqların köç zamanı dərin ağrı-acılar, çətinliklər ilə üzləşdiklərini deyərək, məhz qadınların xüsusi maraq göstərdiyi xalçaçılıq sənəti, milli kulinariya kimi istiqamətlərin də deportasiyanın qurbanı sayıldığını vurğulayıb.

İcmanın sözçüsü Ülviyyə Zülfiqar 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış aşıq sənətinin timsalında Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan ədəbiyyatının, folklorunun, teatr sənətinin də sözügedən faciəvi hadisələr nəticəsində dərin yaralar aldığını qonaqların diqqətinə çatdırıb. 

"Respublika".