Hikmət Hacıyevdən
Siyasət

Hikmət Hacıyevdən "Forbes"ə: "Azərbaycanlıların hüquqları ilə bağlı məsələni heç vaxt qaldırmamısınız"

"Evelina Oçab, sizin "Forbes" nəşrindəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında "Forbes" nəşrində məqaləsi dərc edilmiş Evelina Oçab adlı müəllifə müraciətlə yazıb.

"Siz bir insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqları və acınacaqlı vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmamısınız", - o bildirib.