“Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans
Digər xəbərlər

“Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans

Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans çərçivəsində “Qazaqstan” dövlət televiziyası tərəfindən hazırlanmış, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əziz həyat” sənədli filminin bir hissəsi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və türk dünyasının mühüm şəxsiyyəti, müstəqil Azərbaycan dövlətinin rəmzi, dövlətimizin inkişafı üçün geniş imkanlar yaradan dahi rəhbər olduğunu vurğulayıb.

“Respublika”.