Hər bir vətəndaş Qalib Prezidentimizlə fəxr edir
Digər xəbərlər

Hər bir vətəndaş Qalib Prezidentimizlə fəxr edir

44 günlük İkinci Qarabağ müharibəsi zəngin dövlətçilik və hərb tariximizdə yeni səhifə açdı, şanlı qəhrəmanlıq salnaməsi yazan xalqımız düşmən üzərində qalibiyyətini bütün dünyaya sübut etdi. Əsrlər boyu zamanın sərt sınaqlarından mətanətlə çıxmış Azərbaycan xalqı ərazi bütövlüyü uğrunda Vətən savaşında torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad etdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi, həmrəyliyi və Azərbaycan əsgərinin şücaəti düşmənin müqavimətini qıraraq 30 illik həsrətimizə son qoydu. Vətən müharibəsində qazandığımız qələbə ölkəmizin nüfuzunu daha da artırdı.

Tarixi Zəfərimizdən üç il keçir. İllər ötdükcə bu qələbənin möhtəşəmliyi daha aydın görünür. Qalib Azərbaycanın hər bir vətəndaşı torpağını yağı düşmən əsarətindən qurtaran qəhrəman oğulları, ərazilərini bütövləşdirən Ali Baş Komandanı ilə fəxr edir. Şirvan şəhər sakini, təqaüdçü pedaqoq Əhməd Ağakişiyev də Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun formalaşdırdığı, dünyanın ən güclü orduları sırasında qərarlaşan rəşadətli ordusuna xalqımıza bu sevinci, qüruru yaşatdıqlarına görə təşəkkür edir.

Prezident İlham Əliyevin Qarabağımızdakı bərpa və quruculuq işlərini, kadr və sosialyönümlü müsbət dəyişikliklərini, uğurlu daxili və xarici siyasətini tam dəstəklədiyini bildirir və bu məsuliyyətli, çətin və fədakar fəaliyyətində dövlət başçımıza müvəffəqiyyətlər arzulayır.

"Respublika".