Göygöl rayonunda müəssisələrin fəaliyyəti ilə tanışlıq
Region

Göygöl rayonunda müəssisələrin fəaliyyəti ilə tanışlıq

Mədəniyyət Nazirliyi tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin səviyyəsi keyfiyyəti, eləcə də qurumların yerləşdiyi binaların cari vəziyyəti, maddi-texniki imkanları mütəmadi təhlil edilir, problemlərin aradan qaldırılması istiqamətində  müvafiq addımlar atılır.

Mədəniyyət naziri Adil Kərimli Gəncə bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda da olub, bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

12 iyun Mədəniyyət Nazirliyindən bildirilir ki , nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub.

1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir. Adil Kərimli daha sonra Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Göygöl rayon Mədəniyyət Mərkəzi, katakombalar (tarixi yeraltı şəhər), Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və Göygöl Rayon Polis Şöbəsinin keçmiş binasına (hazırda Mədəniyyət Nazirliyinin balasındadır) baxış keçirib.

“Respublika”.