Gənclər arasında  intellektual yarışma keçirilib
Gündəm

Gənclər arasında  intellektual yarışma keçirilib

Lerik Rayon Heydər Əliyev Mərkəzində ulu öndər  Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş gənclər arasında intellektual yarış keçirilib.

“Respublika” xəbər verir ki, Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran - Astara Gənclər və İdman İdarəsi Lerik rayon sektorunun təşkilatçılığı sayəsində  baş tutan yarışda komandalar öz bilik və bacarıqlarını göstərərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi irsi barədə sualları dolğun şəkildə cavab veriblər.  Qalıb komandalar növbəti mərhələdə iştirak hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, yarışların  təşkilində  əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili,  həmçinin  bilik və bacarıqdan əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaqdan ötrü  geniş imkan yaratmaqdan ibarətdir.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü