Gənc idmançıların zəhərlənməsi ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Gənc idmançıların zəhərlənməsi ilə bağlı araşdırma aparılır

Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfərin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi" diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat verilib.

Göygöl Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla cüdo üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 gənc idmançı həmin tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət etdikləri müəyyənləşdirilib. Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC