Fövqəladə hallar naziri Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək
Region

Fövqəladə hallar naziri Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 7-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında saat 10:00-dan sakinlərlə görüşəcək.

Görüşə gələn vətəndaşların qeydiyyatı nazirliyin inzibati binasında 2023-cü il 6 iyul tarixdə saat 09:00-da başlayacaq. Görüşdə yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.