FHN: Bakı sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb
Gündəm

FHN: Bakı sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Bakı şəhərinin Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədini tapıb.

Bu barədə "Respublika"ya nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.