Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
İdman

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

Aprelin 20-də veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) "Respublika"-ya bildiriblər ki, “Şüa” idman kompleksində təşkil olunan turnirdə Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını nümayiş etdirir.

Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. Yarışda həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşəcək. Çempionatın final görüşləri aprelin 21-də keçiriləcək. Fərqlənən iştirakçılara ASTF-nin mükafatları təqdim olunacaq.