Fəal qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir
Sosial həyat

Fəal qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir

Cəbrayıl rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar rayonun ictimai həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan qadınların iştirakı ilə tədbir keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Çıxış edənlər müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı olan Ümummilli Lider Heydər Əliyevin iştirakçısı və təşəbbüsçüsü olduğu Azərbaycan Qadınlarının I Qurultayından söhbət açaraq qeyd etdilər ki, bu Qurultayla Azərbaycan Qadınları müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar.

Bu il həmin tarixi hadisədən artıq 25 il ötür. Azərbaycan Qadınlarının bugünkü nailiyyətlərinin əsası məhz 1998-ci ildə qoyulub. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Tədbirdə gender məsələlərindən, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlardan və bu kimi bir neçə aktual mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıların təklifləri dinlənildi.

Tofiq Hüseyn,

 “Respublika”.