“European Bank”: “Azərbaycanda günəş elektrik stansiyası üzrə ilk hərrac keçiriləcək”
Diaspora

“European Bank”: “Azərbaycanda günəş elektrik stansiyası üzrə ilk hərrac keçiriləcək”

Azərbaycan Respublikası Energetika Nazirliyi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini elan edib.

“European Bank” bu ölkənin KİV-lərinə istinadən xəbər verir ki, stansiyada istehsal olunacaq elektrik enerjisinin satın alınmasına “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunda nəzərdə tutulmuş qaydada dövlət tərəfindən təminat verilir.

Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları iyunun 14-nə qədər səlahiyyətli orqana 2 nüsxədə təqdim etməlidirlər.

İxtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsi iyulun 12-də yekunlaşır.

Tacir SADIQOV,

“Respublika”.