Əsrin müqaviləsi: uğurlarımızın təməli
Siyasət

Əsrin müqaviləsi: uğurlarımızın təməli

Hər il keçirilən Beynəlxalq Xəzər Neft Qaz Sərgisi dediklərimizin təsdiqidir

"Xəzər Neft-Qaz Sərgisi 1994- ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Biz təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirik, eyni zamanda onu da vurğulamaq istəyirəm hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında bildirib.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz "Caspian Oil & Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin əhəmiyyətindən danışan dövlət başçısı tədbirə beynəlxalq səviyyədə marağın getdikcə artdığını da qeyd etmişdir: "Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır - ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Sunak. Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir".

Qeyd edək ki, "Caspian Oil & Gas" sərgisi artıq 28 ildir ki, neft, qaz enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Azərbaycan Prezidenti hər il bu tədbirin açılışında iştirak edir ki, bu da onun yüksək statusunu bir daha təsdiqləyir. Hər il olduğu kimi, bu tədbirdə bir çox ölkələrdən olan şirkətlər, yüksək səviyyəli qonaqlar iştirak edirdi. Ümumiyyətlə, mayın 31-dən 3-dək Bakı Enerji Həftəsi çərçivəsində sərgilərdə 38 ölkədən 331 şirkət iştirak edib.

Tədbirdə ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt çıxış edərək deyib ki, Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olub. ABŞ bundan sonra da əməkdaşlığı davam etdirəcək əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən təmin olunacaq.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə məktubunu oxuyub.

Avropa Komissiyasının enerji siyasəti strategiyası koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero öz çıxışında ölkəsinin şəffaflığa nail olunması, emissiyaların azaldılması, qaz tədarükünün artırılması s. sahələrdə böyük işlər gördüyünü, Azərbaycanla bu istiqamətdə bərabər çalışmağa hazır olduğunu bildirdi.

1993- il müstəqil gənc Azərbaycan dövlətinin inkişafında dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoymuş, ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir. Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir bu günə qədər uğurla icra edilir. 1994- ildə ilk dəfə keçirilən neft, qaz sərgisi dünyanın neft-qaz şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağını artırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində neft-qaz sahəsi əsas yer tutur. 1994- ildən, Bakıda "Əsrin müqaviləsi" imzalandığı tarixdən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası həyata keçirilməyə başlandı. Həmin dövr Azərbaycanın qüdrətinin davamlı inkişafının başlanğıcı idi. Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi siyasi iqtisadi cəhətdən son dərəcə mühüm layihələrin həyata keçirilməsi bu strategiyanın davamıdır.

Mötəbər beynəlxalq platforma regionda neft-qaz sənayesinin əsas tədbiri olan Xəzər Neft Qaz Sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan bu sərgi 1994-2003- illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə baş tutub. İlk sərgi 1994- ilin sentyabrında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində baş tutub. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edirdi. O vaxtdan Xəzər Neft Qaz Sərgisi neft, qaz energetika sahəsinin aparıcı mütəxəssislərinin mühüm sənədlər imzaladığı meydançaya çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya digər sahələr üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa, eyni zamanda sərgi çərçivəsində elektroenergetika alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir.

I Beynəlxalq sərgidə ümummilli lider Heydər Əliyev yaxından iştirak edib. Sərgi ilə yanaşı, onun gedişində keçirilməsi nəzərdə tutulan konfransa da mühüm əhəmiyyət verilirdi. Dünyanın 20 ölkəsindən 180-dək firmanın iştirak etməsi həmin sərginin əhəmiyyətini daha da artırdı. Sərgi iştirakçıları, ziyarətçilər neft hasilatı, bu prosesin texnika texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri bütün nailiyyətlər, eyni zamanda Azərbaycan neft sənayesinin tarixi, onun uğurları ilə tanış oldular.

Sayca 28-ci olan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft Qaz Sərgisi uğurla başa çatdı. Həmişə olduğu kimi, bu dəfə dünyanın neft, qaz energetika sahəsində aparıcı şirkətlərin təmsilçiləri, peşəkarlar gələcək əməkdaşlığa dair müzakirələr apardılar. Məlumdur ki, Azərbaycan bu gün yalnız özünün deyil, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, bu sərgilərin böyük əhəmiyyəti vardır.

Zümrüd QURBANQIZI,

"Respublika".