Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib
Məlumat

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

"Respublika" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bölmələrimiz tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.