Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, daha iki hərbçimiz yaralanıb
Gündəm

Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, daha iki hərbçimiz yaralanıb

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. 

"Respublika" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. 

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.